A

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova və universitetin Tələbə Gənclər Təşkilatı (TGT) Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) keçirdiyi layihənin qalibi olub.

Gənclər və İdman Nazirliyinin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə keçirilən “İlin tələbəsi” müsabiqəsində UNEC-in prorektoru “2017-ci il ərzində TGT-nin fəaliyyətinin təkmilləşdirilməsinə və səmərəliliyinin artırılmasına göstərdiyi xüsusi köməyə görə” təşkilatçılar tərəfindən təltif edilib.

UNEC-in  Tələbə Gənclər Təşkilatı isə 2017-ci ildəki uğurlu fəaliyyətinə görə “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasının qalibi seçilib.

Prorektor S.Qəndilovanı və UNEC-in Tələbə Gənclər Təşkilatının üzvlərini təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayırıq! 

 

TOP XƏBƏRLƏR