Türkiyənin Uludağ Universitetində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Bursa şəhərinin Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin təşkil etdiyi tədbirdə Uludağ Universitetinin professor-müəllim heyəti, tələbələr və bir sıra dövlət və rəsmi nümayəndələr iştirak ediblər.
Anim tədbirində Mevlana mübadilə proqramı çərçivəsində Uludağ Universitetində təhsil alan UNEC-in Türk Dünyası İqtisad Fakultəsinin III kurs tələbəsi Leyla Tahirzadə Xocalı Soyqırımında həmyerlilərimizin başına gətirilən faciələrdən danışıb.