A

UNEC Azərbaycan təhsil məkanında inqilabi yenilik edəcək. Tələbələrimiz artıq özləri onlara dərs deyəcək müəllimləri seçə biləcəklər.

Rektor, professor Ədalət Muradovun müvafiq əmri ilə UNEC-də Tədris olunan fənlər üzrə müəllim seçiminin sərbəstliyi məsələlərinə dair işçi qrupu formalaşdırılmışdır. Tədris-metodiki mərkəzin, “Ekspertiza və standartlaşdırma” fakültəsinin, “Maliyyə və mühasibat” fakültəsinin mütəxəssislərinin daxil olduğu işçi qrup müəllim seçiminin tələbələr tərəfindən həyata keçirilməsi sisteminin tətbiqi məqsədi ilə yekun təkliflərin hazırlanması üzrəində işləyir.

UNEC rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilmiş işçi qrupun növbəti görüşü zamanı inqilabi yeniliyin tətbiqi üçün qarşıda duran məsələlər müzakirə edilmişdir. Ə.Muradov qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində UNEC-də tələbələrə müəllimləri seçmək imkanının yaradılmasının zəruriliyinə toxundu. Əsas məqsədi yüksək ixtisaslı kadrlar hazırlmaq olan UNEC tələbələrə ali təhsil almaq üçün yaratdığı müxtəlif imkanlar sırasına müəllimləri sərbəst olaraq seçmək imkanı da əlavə ediləcək.

UNEC-də tətbiqi planlaşdırılmış növbəti yenilik qanunvericilik çərçivəsində “parttime” təhsil modelinin yaradılmasıdır. Bu məqsədlə UNEC Təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması və tədrisə qismən cəlb olunma (parttime) məsələləri üzrə işçi qrupu formalaşdırılmışdır. Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin, Tədris-metodiki mərkəzin mütəxəssislərinin cəlb olunduğu proses əsasında yekun təkliflər hazırlanmaq üzrədir.

Qeyd edək ki, tələbələrə müəllimləri seçmək imkanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları” təqdim edir.  

TOP XƏBƏRLƏR