×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in pedaqoji kadr potensialının gücləndirilməsi məqsədilə müəllimlər üçün V Təlim proqramına start verilir.

Fevralın 10-da başlayacaq təlimlər müasir proqramların tələblərinə əsaslanaraq, yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması məqsədi daşıyır. Təlimlər UNEC tərəfindən dəvət edilən Türkiyənin reytinqli universitetlərinin tədqiqatçı-alimləri, aparıcı mütəxəssisləri ilə yanaşı, yerli təlimçilər tərəfindən də aparılacaq. 25 fənn üzrə keçiriləcək təlimlərdə digər universitetlərin müəllimləri də iştirak edə bilərlər.

Xatırladaq ki, bundan öncə də universitetdə UNEC müəllimləri üçün ödənişsiz əsaslarla 166 fənn üzrə 4 təlim proqramı keçirilib.

Bəzi fənlər üzrə təlim proqramı aşağıdakı kimidir:

“Zaman sıralarının təhlili” –Ankara Universiteti, Prof. Dr. Atilla Gökçe – (proqram 30 saat olmaqla,  20 saat onlayn, 10 saat oflayn UNEC-də keçiriləcək);

“Dövlətin gəlir və xərclərinin idarə edilməsi” – təlimçi UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının dosenti, Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov – (proqram 30 saat olmaqla, oflayn keçiriləcək);

“Müəssisə üçün mobil əlavələrin işlənilməsi” – təlimçi Qazi Universiteti, Dos.Dr.Hüseyin Çakır – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn keçiriləcək);

“Polimer mühəndisliyi” –Qazi Universiteti, Prof.Dr.Ulvi Şeker – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn keçiriləcək);

“Güc elektronika və elektrik intiqalı” – təlimçi Qazi Universiteti, Prof. Dr.Necmi Altın – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn UNEC-də keçiriləcək);

“Tədqiqat və layihə bacarıqları” –Qazi Universiteti, Prof.Dr. Hanifi Çinici – (proqram 20 saat üzrə onlayn keçiriləcək);

“Materialların təkrar emalı” –Yıldız Texniki Universiteti, Prof.Dr. Nilgün Kuşkonmaz – (proqram 30 saat olmaqla 20 saat onlayn, 10 saat oflayn keçiriləcək);

“Sosial işin qiymətləndirilməsi” –Hacettepe Universiteti, Prof.Dr.Yasemin Özkan – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn keçiriləcək);

“Ekoloji biotexnologiya” –Artvin Çoruh Universiteti, Doç.Dr.Ayla Bilgin – (proqram 30 saat olmaqla, 20 saat onlayn, 10 saat oflayn keçiriləcək).

Maraqlananlar təlimlər barədə ətraflı məlumatı This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına müraciət etməklə və ya (050) 729 19 15 mobil nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

TOP XƏBƏRLƏR