A

UNEC-in əməkdaşlarının Erasmus+ mübadilə proqramı çərçivəsində Macarıstanın Miskolc Universitetinə işgüzar səfərləri başa çatıb.

Mübadilə proqramı çərçivəsində Miskolç Universitetində olan UNEC nümayəndə heyəti universitetin prorektoru prof.Peter Szucs ilə görüşüb. Görüşdə UNEC-in nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri, reytinqlərdəki mövqeyi barədə Peter Szucsa ətraflı məlumat verilib. Həmçinin UNEC ilə Miskolc Universiteti arasında əlaqələrin genişləndirilməsi, ikili diplom proqramlarının təşkili imkanları müzakirə olunub. Prof.P.Szucs UNEC-in təhsil imkanlarının yüksək qiymətləndirərək, hər iki universitet arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Görüşün sonunda prof.P.Szucs UNEC nümayəndələrinə Macarıstanın tarixi və mədəniyyətindən bəhs edən kitablar hədiyyə edib.

İşgüzar səfər zamanı Qiyabi və Əlavə Təhsl Mərkəzinin (QƏTM) direktoru dosent Səbuhi Tanrıverdiyev, Ömürboyu təhsil mərkəzinin rəhbəri Qələndər Məmmədli, Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri dosent Xətai Alıyev, Satınalmaların təşkili və təchizat şöbəsinin müdiri Aqil Əhmədov, kafedranın müəllimi Əhliman Abbasov Erasmus+ mübadilə proqramı çərçivəsində təşkil edilən vorkşoplarda müzakirələrə qatılıblar, Miskolc Universitetində mübadilədə olan xarici universitetlərin nümayəndələri ilə universitetlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.

Miskolc Universitetində səfərdə olan UNEC-in nümayəndə heyəti orada təhsil alan azərbaycanlı tələbələrlə də görüşüblər. Tələbələrin tədris prosesi, tələbə həyatı ilə maraqlanıblar.

Qeyd edək ki, UNEC-in Qiyabi təhsil şöbəsinin tələbəsi Sinan Misirzadə və Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Sevinc Nəcəfova hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Miskolc Universitetində universitetdə təhsillərini davam etdirirlər.

TOP XƏBƏRLƏR