A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları Pərvin Paşayeva və Günay Tahirli Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ mübadilə proqramı çərçivəsində 22-26 may tarixləri arasında Türkiyənin Kütahya Dumlupınar Universitetində təcrübə mübadiləsində iştirak ediblər.

Səfərin proqramı əsnasında Dumlupınar Universitetinin Beynəlxalq əlaqələr ofisi, İqtisadi və İdarətmə Elmləri Fakültəsi, Mühəndislik Fakültəsi və Magistratura və Doktorantura Təhsili İnstitutu ilə görüşlər təşkil edilib, UNEC haqqında təqdimat keçirilib, UNEC-in Beynəlxalq əməkdaşlıq departamenti və aidiyyəti fakultələri ilə potensial əməkdaşlıq imkanları, eləcə də ikitərəfli mübadilə proqramları, elmi jurnallarda birgə nəşrlər, Erasmus+ layihələrində tərəfdaşlıq və birgə elmi konfransların təşkili haqqında müzakirələr aparılıb.

Pərvin Paşayeva və Günay Tahirli UNEC-in Erasmus+ mübadilə proqramı çərçivəsində təhsil alan Dumlupınar Universitetində Beynəlxalq İqtisadiyyat Məktəbinin ikinci kurs tələbəsi Ramin Baxşəliyev ilə də görüşüblər.

UNEC əməkdaşlarına mübadilənin sonunda iştirak haqqında proqram sertifikatları təqdim edilib.

TOP XƏBƏRLƏR