A

UNEC 6-7 oktyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Beynəlxalq Təhsil Sərgisində iştirak edib.

ExpoGeorgia-nın təşkilatçılığı ilə keçirilən sərgidə Gürcüstanın ali təhsil müəssisələri ilə yanaşı, Fransa, Polşa, ABŞ və Birləşmiş Krallığın ali təhsil müəssisələri də təmsil olunub.

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin mütəxəssisləri Jalə Heydərova və Elgiz Camalzadə sərgini ziyarət edənlərə UNEC-dəki təhsil imkanları, tədris prosesi, əcnəbilərin qəbulu, beynəlxalq mübadilə və ikili diplom proqramları barədə məlumat veriblər.

Sonda UNEC-ə sərgidə uğurlu təmsil olunması münasibətilə sertifikat təqdim olunub. 

TOP XƏBƏRLƏR