A

UNEC-də ixtisasların beynəlxalq akkreditasiyası istiqamətində işlər davam etməkdədir.

UNEC-də tədris proqramlarının beynəlxalq akkreditasiyasının təşkili ilə əlaqədar Beynəlxalq Akkreditasiya qurumları ilə əməkdaşlıq çərçivəsində Keyfiyyət Təminatı şöbəsi tərəfindən daha bir beynəlxalq akkreditasiya qurumu olan Estoniyanın Təhsil Keyfiyyəti Agentliyi (HAKA) ilə görüş keçirilib. HAKA Estoniyanın təhsil sahəsində aparıcı qurumudur və onun əsas vəzifələrindən biri təhsil müəssisələrinin daxili keyfiyyət mədəniyyətini inkişaf etdirməyə istiqamətləndirməkdir.

Görüşdə UNEC tərəfindən Keyfiyyət təminatı şöbəsinin müdiri Hüseyn Həsənov və şöbənin baş mütəxəssisi Əddin Muştaqov, HAKA qurumunun Ali Təhsil sektorunun müdiri  Maiki Udam, Ali Təhsildə Qiymətləndirmə üzrə Direktor Hilar Bauman, Layihə Koordinatoru Tiia Bach iştirak ediblər.

HAKA ilə görüş zamanı həm bakalavriat həm də magistratura səviyyəsində UNEC-də tədrisi aparılan ixtisaslar, onların təhkim edildiyi fakültələr və ixtisas qruplarına əsasən sahə səfərinin hansı formada təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR