UNEC ilə Çinin Hebei İqtisadiyyat və Biznes Universiteti (HUEB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində çinli tələbələr üçün UNEC-də Yay məktəbi təşkil olunub.
2 həftəlik Yay Məktəbində tələbələrə iqtisadiyyat, maliyyə, insan resurslarının idarəedilməsi, yumşaq bacarıqlar üzrə interaktiv təlimlər keçirilib.
Rəqəmsallaşma üzrə prorektor dos. Raqif Qasımov, Beynəlxalq iqtisadiyyat məktəbinin (ISE) direktoru dos. İnara Rzayeva, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru v.m.i.e. Afət Ələkbərova, Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimləri Aysel Quliyeva, i.ü.f.d Əhliman Abbasov, i.ü.f.d İbrafim Niftiyev, i.ü.f.d Vüsal Abbasov, Elnur İsayev və Nəzrin Axindzadənin keçdikləri mühazirələri çinli tələbələr böyük maraqla dinləyiblər.
Tələbələr UNEC-in Bloomberg Maliyyə laboratoriyası, Karyera Mərkəzi, kitabxanaları, oxu zalları, laboratoriyaları və inzibati strukturları ilə də tanış olublar.
Həmçinin onların bir sıra korporativ sektorlara səfərləri də baş tutub.
Yay Məktəbi iyulun 21-dək davam edəcək.