A

Qırğızıstan Respublikasının bir neçə ali və orta təhsil müəssisələrinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Görüş zamanı qonaqlara UNEC-in fəaliyyəti, beynəlxalq əlaqələr sahəsində görülən işləri, elmi-tədqiqat imkanları əldə olunan nailiyyətlər, eləcə də gələcək hədəflər barədə məlumat verilib.

Sonra Qırğızıstan Respublikasının Oş Dövlət Universitetinin (OshSU) İqtisadiyyat, Biznes və İdarəetmə İnstitutunun direktoru professor Timur İsrailov, “Ala-Too” Beynəlxalq Universitetinin nümayəndəsi Ulduz İndiqaraeva təmsil etdikləri universitetləri haqqında danışaraq, zəngin tarixi, beynəlxalq əlaqələr sahəsindəki uğurları, elmi-tədqiqat imkanları və yüksək təhsil səviyyələri barədə geniş məlumat veriblər.

Qırğızıstanın ali təhsil müəssisələrini təmsil edən nümayəndələr UNEC ilə əməkdaşlıq etməkdən məmnun olacaqlarını və ortaq proqramlar ilə layihələr hazırlamaqda maraqlı olduğqlarını vurğulayıblar.

Sonra qırğız qonaqlar üçün universitetdə infotur təşkil olunub. Onlar Karyera mərkəzi, İmtahan mərkəzi, 24/7 kitabxana, Bloomberg Maliyyə laboratoriyası, Extern mərkəzi, Oxu zalı, Maliyyə və mühasibat fakültəsiylə tanış olublar.

TOP XƏBƏRLƏR