Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin IV kurs tələbəsi Fərid Axundov “31 Mart soyqırımına həsr olunmuş Kung-Fu üzrə Açıq Respublika Turniri”ndə qalib olub.
Fərid Axundov Wushu Sanda idman növü üzrə qalib olaraq, ölkəmizi Fransada keçiriləcək dünya çempionatında təmsil edəcək.
Tələbəmizi təbrik edir, beynəlxalq arenada ona uğurlar arzulayırıq!