Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) inkişaf strategiyasının əsas məqsədlərindən biri universitetdə əcnəbi tələbələrin sayının artırılmasıdır.
Bu istiqamətdə həyata keçirilən addımlar öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, 2025-2026-cı tədris ili üzrə 18 ölkədən olan 258 əcnəbi tələbə qəbul olunub. Bu, UNEC tarixində bir il ərzində qəbul edilmiş əcnəbi tələbələrin sayına görə ən yüksək göstəricidir.
Qəbul olunan tələbələr ABŞ, Türkiyə, Çin Xalq Respublikası, Malayziya, İndoneziya, Qazaxıstan, Rusiya, Ukrayna, Bolqarıstan, Belarus Respublikası, Gürcüstan, Əlcəzair, Keniya, Konqo, Maldiv, Mozambik, Somali və Tanzaniya kimi müxtəlif ölkələrin vətəndaşlarıdır.
Ümumilikdə bakalaviatura, magistratura və doktorantura səviyyələri üzrə üzrə 700-ə yaxın əcnəbi tələbə təhsil alır. Tələbələr əsasən maliyyə, komputer mühəndisliyi, beynəlxalq ticarət, logistika və dizayn ixtisaslarına üstünlük verirlər.