×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html

UNEC-in Türkiyənin Boğaziçi Universitetinə ezam edilən gənc müəllimləri tədris prosesində iştirak ediblər.

“Marketinq” kafedrasının müəllimi Ramil Cabbarov və “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanov “Marketinq” fənni üzrə qonaq məruzəçi qismində çıxış ediblər. Marketinqin əsas prinspiləri, məhsul siyasəti və istehlak bazarının seqmentləşdirilməsinin nəzəri izahını verən T.Süleymanov mövzu üzrə keyslər göstərərək, mühüm faktorların mahiyyətini açıqlayıb.

R.Cabbarov isə Azərbaycan və Türkiyə bazarından müqayisəli nümunələr göstərməklə istehlakçı davranışları, marketinqdə mikro və makro mühit amilləri, brendləşmə strategiyalarından bəhs edib. Hər bir bazarın fərqli marketinq şərtlərinin olduğunu qeyd edən R.Cabbarov, risklərin azaldılması üçün elmi əsaslara söykənən marketinq araşdırmalarının aparılmasının vacibliyini vurğulayıb.

UNEC-in gənc müəllimləri Boğaziçi Universitetində tədris prosesi, inzibati idarəetmə, sosial həyatla tanış olur, kitabxana və informasiya resurslarını araşdırırlar.

TOP XƏBƏRLƏR