Rus İqtisad Məktəbində UNEC və T.Şevçenko adına Kiyev Milli Universiteti ilə əməkdaşlığ çərçivəsində Ukraynalı professor, KMU-in İqtisadiyyat fakültəsi - "Maliyyə" kafedrasının rəhbəri, iqtisad elmləri doktoru İqor Lyutı ilə bir sıra tədbirlər keçirilib.
Belə ki, öncə “Dünya iqtisadiyyatı” ixtisası üzrə qruplarda professor İ.Lyutı “Qloballaşma və milli maliyyə sisteminə təsiri” mövzusunda mühazirə oxuyub.
Mühazirədən sonra isə Rus İqtisad Məktəbinin idarə heyəti və RİM nəzdindəki “İqtisadiyyat” (rus dilində) kafedrasının rəhbəri və ixtisas rəhbərləri ilə birgə hörmətli qonaqla əməkdaşlığın mümkün istiqamətlərinə dair müzakirələr aparılıb. İ.Lyutı bakalavr və magistr proqramları çərçivəsində ABŞ və Qərbi Avropanın aparıcı universitetləri ilə birgə müxtəlif qrant lahiyələrində iştirak, birgə dərslik və dərs vəsaitlərinin yazılması, professor-müəllim heyətinin mübadiləsi imkanlarından bəhs etdi.
Öz növbəsində RİM direktoru Mənsur Bərxudarov, “İqtisadiyyat” (rus dilində) kafedrasının müdiri, prof. Müslüm İbrahimov və digərləri əməkdaşlıq imkanlarını təklif etdilər. Görüş zamanı universitetlər arasında rektor, prof. Ədalət Muradovun təşəbbüsü ilə artıq bir sıra əməkdaşlıq formatlarının təməlinin qoyulduğu və bu istiqamətdə əməkdaşlığın genişlənməsi və dərinləşdirilməsi zəruriyyəti vurğulandı."