A

UNEC-in İnkluziv təhsil mərkəzinin koordinatoru Sevinc Məhsimova Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Global Əlillər Vəqfinin qurultayında iştirak edib.

Qlobal Əlillər Vəqfinin (GEF) təşkil etdiyi qurultay "Müyəssər turizm", "Müyəssər təhsil ocaqları və İnklüziv təhsil" mövzularında olub.

Dünyanın 11 ölkəsinin nümayəndəsinin qatıldığı tədbirdə Sevinc Məhsimova UNEC İnklüziv Təhsil Mərkəzinin universal standartların tətbiqi barədə təcrübəsindən danışıb.

Qurultayda 2022-ci il üçün tədbirlər planının müzakirələri aparılıb. Müzakirələrdə Türkiyənin aparıcı universitetləri ilə yanaşı, UNEC-in inklüziv təhsil təcrübəsinin də  beynəlxalq universal ali təhsil standartlarına uyğun hazırlanaraq, Türkiyənin YÖK qurumuna təqdim olunması qərara alınıb.

 

TOP XƏBƏRLƏR