Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) UNEC Biznes Məktəbi Azərbaycanda ilk dəfə Amerikanın nüfuzlu AACSB təşkilatının (Association to Advance Collegiate Schools of Business/ Universitet Biznes Məktəblərinin İnkişafı üzrə Assosiasiya) üzvü olub. AACSB-də UNEC Biznes Məktəbinin akkreditasiya prosesinə başlanılıb.AACSB üzvlüyü UNEC Biznes Məktəbini menecment təhsilinin gələcəyini müəyyən edən informasiya, insan kapitalı və istiqamətlər ilə birləşdirir. Məktəbə çoxvektorlu beynəlxalq tədbirlərdə iştirak etmək hüququ verir və dəyərli nəşrlərə çıxış əldə edir.
AACSB-ə üzvlüyün əsas faydaları:
- Qlobal məkanla ünsiyyət yaranmasına kömək edir;
- Biznes məktəbinin tədqiqat bazalarına limitsiz giriş hüququ qazandırır;
- Peşəkar və biznes təhsilinin davamlı inkişafı ilə bağlı seminar, konfrans və vebinarlarda iştirak imkanı yaradır;
- AACSB-dən internet və çap olunmuş məlumatların alınması hüququ əldə edir;
- AACSB-yə üzvlük biznes məktəbinin marketinq baxımından imicinin artmasına dəstək verir və biznes məktəbləri arasında əməkdaşlıq imkanlarından istifadə edilməsinə və bu əməkdaşlığın dərinləşdirilməsinə şərait yaradır;
- AACSB-yə üzvlük təhsilin idarəedilməsi sahəsində beynəlxalq əmək bazarında müstəsna iş imkanları qazandırır;
- AACSB-yə üzvlük güzəştli şərtlər daxilində iş elanları yerləşdirməyə imkan verir ki, bu da biznes məktəbinin fakültə üzvlərinin səmərəli şəkildə yerləşdirilməsinə imkan verir;
- AACSB-yə üzvlük biznes məktəbinə ödənişsiz və məhdudiyyətsiz olmaqla daha rasional qərarlar qəbul etmək üçün aparıcı təhsil işçilərinin beynəlxalq əməkhaqqı və təminatı barədə informasiya bazasına çıxış əldə edir.