A

Birgə və Sağlam İctimai Birliyinin nümayəndələri UNEC-də olublar.

Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anar Kazımov qonaqlara UNEC-in son illər əldə etdiyi uğurlardan danışıb, beynəlxalq  proqramlar və layihələr haqqında məlumat verib. UNEC-də yaradılan Əlilliyi olan Tələbələr üçün Mərkəzin fəaliyyətindən danışan departament rəhbəri universitetdə bu istiqamətdə maarifləndirmə işinin aparılmasına böyük önəm verildiyini bildirib.Birgə və Sağlam İctimai Birliyinin rəhbəri Aytən Eynalova birliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Autizmlə bağlı ölkədə görülən işlərdən danışıb. UNEC-in bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan məmnunluğunu ifadə edən birliyin nümayəndələri birgə tədbirlərin və layihələrin təşkil olunmasının zəruriliyini qeyd ediblər.

Görüşdə birliyin rəhbəri UNEC tələbələrinə autizm üzrə vəsaitlər, məlumat vərəqələri təqdim ediblər.

TOP XƏBƏRLƏR