A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) təhsil alan II kurs magistrantlarının elmi-pedaqoji təcrübələrinin onlayn təşkilinə start verilib.

Təcrübə rəhbərləri magistrantlara tədrisin prinsipləri və planlaşdırılması, müəllimə olan tələblər, tədris materiallarının keyfiyyətli və günümüzün tələblərinə uyğun hazırlanması, təlim metod və alətləri, bilik və bacarıqların qiymətləndirilməsi ilə bağlı təqdimatlar edəcəklər. Tələblər isə ixtisaslarına uyğun mövzunun hazırlanması barədə hesabatları təcrübə rəhbərlərinə təqdim edəcəklər.

Onlayn təcrübə BMDM-in “Elmi-Pedaqoji təcrübənin on-line təşkili qaydaları”na uyğun həyata keçirilir.

TOP XƏBƏRLƏR