A

UNEC-in Biznes və menecment fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və əbədiyyət” mövzusunda tədbir keçirilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Biznes və menecment fakültəsinin dekanı dos.Mirağa Əhmədov ulu öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söz açıb. Biznes və logistika kafedrasının dosenti Gülnarə Əzizova isə ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət və siyasi lider kimi Azərbaycan tarixindəki rolundan, həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, respublikamızın hərtərəfli inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.

Tədbir tələbələrin ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirməsi ilə davam edib.

TOP XƏBƏRLƏR