Mayın 8-də UNEC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” adlı elmi-praktiki konfrans keçiriləcək.
Konfransın açılşında UNEC rektoru professor Ədalət Muradov, ictimai siyasi xadim, t.e.d. Həsən Həsənov, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin İntizam komissiyasının sədri prof. Eldar İbrahimov çıxış edəcəklər.
Tədbirdə “Müasir əmək bazarının tələblərinə uyğun yeni nəsil iqtisadçıları: Rəqəmsal dövrün çağırışları və fürsətləri”, “Maliyyə, bank, mühasibat və audit sisteminin gələcəyi: Yeni trendlər və texnologiyalar”, “Azərbaycanda yeni biznes təfəkkürü və sahibkarlığın inkişafı”, “Gələcəyin mühəndisləri: İnnovativ texnologiyalar və süni intellektin tətbiqi” mövzularında bölmə iclasları təşkil olunacaq.
Konfrans çərçivəsində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitabların və Dizayn Məktəbinin tələbələrin əl işlərinin sərgisi də nəzərdə tutulub.