A

UNEC Ömürboyu Təhsil Mərkəzində ACCA təlimlərinə (F1-F9) qeydiyyat başlayıb. Təlimlər aşağıdakı istiqamətləri əhatə edir:

F1 – Biznesdə Uçot
F2 – Uçotun İdarə Edilməsi
F3 – Maliyyə Uçotu
F4 – Korporativ və Biznes Hüquq
F5 – Performansın İdarə Edilməsi
F6 – Vergitutma
F7 – Maliyyə Hesabatlığı
F8 – Audit və Əminlik
F9 – Maliyyə İdarə Edilməsi

F1, F2, F3, F4 imtahanları UNEC-də keçirilir, imtahanları uğurla verən iştirakçılar beynəlxalq səviyyəli ACCA SERTİFİKATI əldə edir. Digər təlimlərin imtahanı isə UNEC-də keçirilmir.

Hər bir təlim 3 ay ərzində tədris olunur. Təlimləri yüksək səviyyəli peşəkar təlimçilər tədris edir. Dərslər azərbaycan, rus və ingilis dillərində keçirilir. İmtahanlar isə yalnız ingilis dilində olur.

Dərslər həftədə iki dəfə olmaqla, saat 19:00-da başlayır.

UNEC tələbələrinə təlimlərdə 20% endirim təklif olunur.

Hər təlimin qiyməti 390 manatdır.

Təlimə qoşulmaq üçün şəxsiyyət vəsiqəsinin surətini WhatsApp-la göndərməyiniz xahiş olunur.

Qeydiyyat üçün son tarix: 25 may, 2025-ci il.

Əlaqə üçün: (012) 441 45 39

WhatsApp - (055) 806 81 22

TOP XƏBƏRLƏR