PAŞA Sığorta şirkəti sığorta sahəsində maarifləndirmə tədbirləri çərçivəsində UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə UNEC tələbələri ilə görüş keçirib.
Görüşdə iştirakçılara şirkətin nümayəndələri tərəfindən sığortanın əhəmiyyəti, əsas sığorta növləri və bu sahədə aktual trendlər barədə ətraflı məlumat verilib.
Sessiyada tələbələri maraqlandıran suallar cavablandırılıb, həmçinin şirkətin mövcud olan karyera imkanları, təcrübə proqramları, təlim və seminarları haqqında danışıblar.
Sonda tələbələr arasında interaktiv yarışma baş tutub və fərqlənən 5 tələbəyə simvolik hədiyyələr təqdim olunub.