UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Qiyabi və Əlavə Təhsil Mərkəzinin Qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli açaraq, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyun ayının əvvəllərində Azərbaycanın rəhbərliyinə qayıdışı ilə ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etməsi, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dayanıqlı sosial-iqtisadi sisteminin qurulması və inkişafı sahəsində misilsiz tarixi xidmətlərini iştirakçıların diqqətinə çatdırıb.
Sonra Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini, Riyaziyyat və statistika kafedrasının dosenti Yusif Yusifov təqdimatla çıxış edərək, ulu öndərin 1969-1982 və 1993-2002-ci illərdə hakimiyyətdə olduğu dövrdə respublikanın sosial-iqtisadi inkişaf göstəricilərinin geniş statistik təhlilindən söz açıb.