A

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Türk Dünyası Jurnalistlər Federasiyası və 16 universitetlə birgə təşkil edilən III. “Uluslararası Türk Dünyası İletişim ve Sanat Sempozyumu” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin ev sahibliyi ilə “Türk Dünyasında Kültür ve İletişim” adlı panel iclası keçirilib.

TUDİFAK-ın dekanı Prof. Dr. Mehmet Yüce nin moderatorluğu ilə keçirilən paneldə Türkiyənin Bakıdakı keçmiş Hərbi Ataşesi Yücel Karauz, Türk Dünyası Jurnalistlər Federasiyasının vitse-prezidenti, sənədli film prodüseri  İsmayıl Kahraman TDGF Başçısı Menderes Demir, T.C Bakı Kültür Müşaviri Prof. Dr. Muhittin Macit, Türkiyə, Özbəkistan və Qazaxıstandan akademiklər və bir sıra dövlət nümayəndələri panel iclasında iştirak ediblər.

Panel müzakirəsində çıxışlar zamanı, Azərbaycan-Türkiyə qardaşlığından, Türk Dünyası birliyində kommunikasiyalar və mədəniyyətin rolu müzakirə edilib.

Sonda fakültənin tələbələri Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü üçün hazırladıqları təqdimat nümayiş olunub.

TOP XƏBƏRLƏR