UNEC Biznes Məktəbi və “Biznesin idarə edilməsi” kafedrasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan elmi seminar keçirilib.
Kafedranın professor-müəlim heyətinin iştirak etdiyi seminarda Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü praktik işlər elmi baxımdan geniş təhlil edilib. Həmçinin “Əsrin müqaviləsi”nin sosial-iqtisadi və siyasi baxımdan ölkəyə verdiyi töhfələrdən bəhs olunub.