UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində Ümummilli Lider Heydər Əliyev İlinə həsr olunan Tədbirlər Planı çərçivəsində "Heydər Əliyev dərsləri" keçirilib.
Tədbirdə "Azərbaycan dili" kafedrasının dosenti Heydər Əliyev iqtisadi irsinin öyrənilməsi mərkəzinin direktoru Cəlal Allahverdiyev “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda çıxış edib. C.Allahverdiyev Ümummilli Lider Heydər Əliyevin ölkə təhsilinə verdiyi töhfələr, Azərbaycan gəncliyinə xaricdə təhsil almaq üçün hər cür dəstək göstərməsi haqqında danışıb.
Həmçinin C.Allahverdiyev çıxış zamanı Ulu Öndərin dövründə onun təşəbbüsü ilə qəbul edilmiş təhsillə bağlı müvafiq dövlət proqramlarının məzmunu və əhəmiyyətini də qeyd edib.