A

UNEC-in Mühəndislik fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil edilib.  

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə fakültə dekanı dosent Elçin Səmədov “Heydər Əliyev-100: siyası lider və qurucunun salnaməsi” mövzusunda təqdimatla çıxış edərək, Ulu Öndərin həyat yolu, quruculuq işləri, təhsil siyasəti, türkdilli dövlətlərlə, xüsusən də Türkiyə Respublikası ilə əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verib. Tədbirdə Heydər Əliyevin siyasi lider kimi bütün dünya dövlətləri tərəfindən qəbul olunduğu və Azərbaycanın müstəqilliyinin bərpa olunması istiqamətində fəaliyyəti, siyası və iqtisadi sahədə keçirdiyi uğurlu və müqayisəyə gəlməz islahatları xüsusilə vurğulanıb. 

Sonra “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi Vüsalə Musayeva “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda təqdimatla çıxış edib. O, Ümummilli Liderin gənclərin təhsilinə ayırdığı diqqət, ümumi və ali təhsil səviyyəsində apardığı quruculuq işləri, gənclərimizin siyasi əqidəsinin sağlamlığı və vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı gördüyü işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.  

Sonda tədbir iştirakçıları mövzu ətrafında fikirlərini bölüşüb, dahi şəxsiyyətin müdrik kəlamlarını ehtiva edən videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR