UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş nümunəvi dərslər keçirilib.
Dərslərdə magistrantlara Ulu Öndərin Azərbaycanın sosial, iqtisadi, mədəni və digər sahələr üzrə əlaqələrin güclənməsi, inkişafı və görülmüş işlər barəsində məlumatlar təqdim olunub. Eyni zamanda, Heydər Əliyevin hakimiyyəti dövründə iqtisadiyyatın inkişafını özündə əks etdirən və UNEC BMDM-in ənənəvi V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində nəşr etdirdiyi "Bir əsrin iqtisadi portreti" mövzusunda tədqiqatlardan ibarət olan kitab ətrafında müzakirələr təşkil olunub.