A

UNEC KİM əməkdaşları Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə ADA Universiteti kitabxanasının təşkilatçılığı, UNEC-in Kitabxana-İnformasiya Mərkəzi, Qərbi Kasbi Universitetinin Elmi Kitabxana Mərkəzi və Sumqayıt Dövlət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin tərəfdaşlığı ilə “Azərbaycan - IFLA əlaqələri 2019-2024: ADA Kitabxanasının təcrübəsi” adlı təcrübi seminarda iştirak ediblər.

Seminarda qlobal kitabxana təşəbbüsləri, iqlim fəaliyyəti və inklüziv resurs mübadiləsi mövzularında maraqlı təqdimatlar və səmərəli diskussiyalar aparılıb. UNEC KİM direktoru, tar.ü.f.d. Adilə Abdullayeva tərəfdaş universitet qismində çıxış edərək,a tədbir iştirakçılarına bir sıra birgə qlobal layihələrlə bağlı məlumatlar çatdırıb.

Seminarda ilk dəfə olaraq, beynəlxalq RSCVD (https://rscvd.ifla.org/) platforması barədə məlumat təqdim olunub. Azərbaycan kitabxanalarının bu platformada qeydiyyatı, dünya üzrə kitabxanalar və informasiya mərkəzləri arasında sənəd və resurs mübadiləsində iştirakı təşviq edilib. Bildirilib ki, ölkədə ilk dəfə RSCVD platformasından 2 universitet – UNEC və ADA universiteti istifadə edib.

Qeyd edək ki, ölkə kitabxanaları RSCVD platformasına (https://app.rscvd.ifla.org/) qoşulmaqla elektron sənəd mübadiləsi xidmətindən ödənişsiz yararlanmaq imkanı əldə etmiş olur. Bundan əlavə, kitabxanalar RSCVD vasitəsilə qlobal kitabxana əməkdaşlığını gücləndirir, dünyanın 30-a yaxın ölkəsindən 80-dən çox kitabxana resurslarına əlçatanlığı təmin edir, informasiya mübadiləsini və tədqiqat prosesini sürətləndirir.

TOP XƏBƏRLƏR