A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 İlliyi ilə əlaqədar professor-müəllim heyəti tərəfindən tələbələr üçün “Heydər Əliyev dərsləri” keçirilib.

Fakültənin professor- müəllim heyəti Ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşdığını, daim gənclərin hərtərəfli inkişafına önəm verdiyi haqqında məlumat verilib.

Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin təhsil haqqında dediyi kəlamları, ifadələri tələbələrin diqqətinə çatdırılıb.

Dərslərdə, istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara prezident təqaüdünün verilməsi barədəki qərarının dahi şəxsiyyətin təhsilə olan diqqətinin əsas göstəricisi kimi çıxışlar da xüsusi yer alıb.

TOP XƏBƏRLƏR