ADA Universitetində UNEC tədqiqatçılarının yerli və xarici professorlarla birgə ərsəyə gətirdikləri “Bir əsrin iqtisadi portreti” kitabının təqdimatı olub.
Kitab Ümummilli liderin anadan olmasının 100 illiyinə həsr edilmiş və #BMDM tərəfindən ənənəvi olaraq hər il təşkil olunan V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində nəşr olunub.
UNEC-in Kitabxana İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva, BMDM-in direktoru dos.Fariz Əhmədov, direktor müavini dosent Aytən Hüseynli, dos. Afaq Hüseyn, şöbə müdiri Nərgiz Hacıyeva, doktorant Etimad Rəhimli təqdimat zamanı çıxış edərək, kitabın müəllifləri, bölmələrin mövzuları barədə məlumat veriblər. Kitabda toplanmış məqalələrdə Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafındakı rolununun müxtəlif aspektlər üzrə araşdırıldığını diqqətə çatdırıblar.