A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “İSE STEP” klubun təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Yarışda I, II və III kursların tələbələrdən ibarət 8 komanda qələbə uğrunda mübarizə aparıb. Maraqlı keçən bilik yarışında Qəzənfər İsmayılov (kapitan), Sücayət İslamzadə, Salman Əmirli, Nuranə Tahirzadə, Ayxan Ağazadə təmsil olunduğu “Victors” komandası qalib olub.

TOP XƏBƏRLƏR