A

UNEC-də “Heydər Əliyev İli”nə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda bilik yarışı keçirilib.

Test üsulu ilə 4 dildə keçirilən bilik yarışında ümummilli lider Heydər Əliyevin ölkə iqtisadiyyatındakı rolu və misilisiz xidmətləri ilə bağlı suallar tələbələr tərəfindən cavablandırılıb.

Bilik yarışında ən yüksək nəticəni Rus İqtisad Məktəbinin “Maliyyə” ixtisası üzrə tələbəsi Fəhmin Muradov əldə edib.

II yerin sahibi İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” ixtisası üzrə tələbəsi Bənzərim Baxışov, III yerin sahibi isə Türk dünyası İqtisad Fakültəsinin “Biznesin idarəedilməsi” ixtisası üzrə tələbəsi Yeganə Vəliyeva olub.

Tələbələrimizi təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR