AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN NƏZDİNDƏ
AZƏRBAYCAN MALİYYƏ-İQTİSAD KOLLECİ
2023/2024-cü tədris ili üzrə
TƏLƏBƏ QƏBULUNUN QEYDİYYATI
Qeydiyyat onlayn qaydada – https://portal.edu.az/ platforması vasitəsilə aparılır.
Abituriyentlər DİM (https://dim.gov.az) tərəfindən müəyyən edilən müddətdə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
DİQQƏT: Müəyyən olunmuş müddətdə https://portal.edu.az-da qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbuldan imtina etmiş şəxs hesab edilir və onun barəsində qəbul əmri verilmir!
QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:
- Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 4 ədəd
- Şəxsiyyət vəsiqəsinin surəti
- Doğum haqqında şəhadətnamənin surəti
- Attestatın əsli
- İlkin hərbi qeydiyyat haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün)
- Sağlamlıq haqqında tibbi arayış – Forma 86
- Təhsil haqqının ödənilməsinə dair qəbzin surəti (ödənişli əsaslarla qəbul olanlar üçün)
- İpli qovluq
Təhsil haqqından azad olunan tələbələrin təqdim edəcəyi əlavə sənədlər:
- Şəhid ailəsinin üzvü olan tələbə:
- Ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Doğum haqqında şəhadətnamənin surəti;
- Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
- 18 yaşı tamam olan şəhid ailəsinin üzvi kimi vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti;
- Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
Qeyd: Şəhid ailəsinin üzvü təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.
2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşın uşağı olan tələbə:
- Ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Doğum haqqında şəhadətnamənin surəti;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar valideynin əlilliyi haqqında Forma 88 – ƏƏSMN-in Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın notarial qaydada təsdiq edilmiş surəti;
- Həmin valideynin şəxsiyyət vəsiqəsinin surəti.
2.2. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşın uşağı olan tələbə:
- Ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Doğum haqqında şəhadətnamənin surəti;
- Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- Hərbi əməliyyatla əlaqədar itkin düşən valideynin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının notarial qaydada təsdiq edilmiş surəti.
2.3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış tələbə:
- Ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Doğum haqqında şəhadətnamənin surəti;
- “Müharibə veteranı” statusu haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti.
3. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş tələbə:
- Ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Doğum haqqında şəhadətnamənin surəti;
- Forma 88 – ƏƏSMN-in Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın notarial qaydada təsdiq edilmiş surəti.
4. Məcburi köçkün statuslu Azərbaycan Respublikasının vətəndaşı olan tələbə:
- Ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Doğum haqqında şəhadətnamənin surəti;
- Tələbənin ŞƏXSƏN özünə məxsus, 2023-cü il üçün qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.
5. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbə:
- Ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Doğum haqqında şəhadətnamənin surəti;
- Vəfat etmiş hər iki valideyinin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
- Valideynlərdən biri vəfat etdiyi halda digər valideynin orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi haqqında Forma 88 – ƏƏSMN-in Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın notarial qaydada təsdiq edilmiş surəti;
- Valideyn himayəsindən məhrum olmuş digər kateqoriyalar üzrə – müvafiq sənədlərin notarial qaydada təsdiq edilmiş surəti.
Qeyd: Bu imtiyaz əyani formada təhsil alan 23 yaşınadək tələbələrə aiddir.
DİQQƏT: https://portal.edu.az -da qeydiyyatdan keçmiş tələbələr kollec tərəfindən müəyyən edilən vaxtda qeydiyyat üçün tələb olunan sənədləri kollecə təqdim etməlidirlər.
Əlaqə nömrəsi: +99412 493 17 83 (Həftə içi: saat 09:00-18:00)
Elektron poçt: Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
https://www.facebook.com/maliyye.iqtisad.kolleci