A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə-rektor və tələbə təşkilatlarının sədr vəzifələrinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olan namizədlərin müraciətləri mövcud qaydalara uyğun olaraq qəbul ediləcək.

Müəyyən olunmuş tələblərə cavab verən namizədlərin müraciətləri müvafiq qaydada nəzərdən keçiriləcək. (Qaydalar daha öncə elanlar bölməsində paylaşılmışdır, daha ətraflı məlumat üçün öncəki elanı nəzərdən keçirin). Namizədlərin qeydiyyatı üçün nəzərdə tutulmuş elektron sorğu linkini təqdim edirik: https://forms.office.com/r/SBjpkwWFyN

Link 03 oktyabr 2025-ci il tarixində, saat 08:00-da aktivləşəcək və qeydiyyat prosesi yalnız UNEC-in korporativ elektron poçt ünvanları vasitəsilə həyata keçiriləcəkdir.

Namizədlərə seçki prosesində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay