Azerconnect Group Maliyyə Departamenti üzrə Debitor və kreditor hesablaşmalar üzrə təcrübəçi vakansiyası elan edir.
Təcrübəçi aşağıdakı işlərin icrasında iştirak edəcək:
- Hesab-fakturalar əsasında xərclərin ERP sisteminə daxil edilməsi;
- Hesab-faktura və alış sifarişlərinin işlənməsi zamanı yaranan problemlərin araşdırılması və həlli;
- İşçilərin açıq avans ödənişlərinin təhlili;
- Gündəlik avans hesabatlarının ERP sisteminə daxil edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər vəzifə öhdəliklərinin icrası;
- Daxili qayda, siyasət və prosedurlara riayət olunması;
- Şirkət məlumatlarının məxfiliyinin təmin edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə bakalavr dərəcəsi);
- Azərbaycan dilini səlis bilmək, ingilis və rus dilləri üstünlükdür;
- MS Office proqramları, xüsusilə Excel üzrə orta səviyyədə bilik;
- Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı;
- Nəticəyönümlülük, sürətli adaptasiya və davamlı öyrənmə istəyi.
Şirkətin təklif etdiyi imkanlar:
- Rəqabətli kompensasiya;
- Performansa əsaslanan bonuslar və həvəsləndirici mexanizmlər;
- Əlavə sosial imtiyazlar;
- Hibrid iş imkanı;
- Karyera inkişafı və təlim proqramları;
- Beynəlxalq təcrübə və innovativ mühit;
- Peşəkar və dinamik komandada işləmək imkanı.
Vakansiyada iştirak etmək istəyən şəxslər 31 dekabr tarixinədək CV-lərinizin mövzu hissəsində “Debitor və kreditor hesablaşmalar üzrə təcrübəçi” qeyd etməklə Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanına göndərə bilərsiniz.