Türkiyənin nüfuzlu Hacettepe Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan olunur.
Proqramda bakalavriatura və magistratura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər:
Müraciət üçün əsas şərtlər:
- Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
- İngilis dili/türk dili) B1/B2 səviyyəsində olmalı;
- Bakalavr pilləsi üzrə 2, 3 və ya 4-cü kurs tələbəsi olmalı;
- Magistr pilləsi üzrə 2-ci kurs tələbəsi olmalı.
Müraciət üçün son tarix: 14 noyabr 2022-ci il
Tələb olunan sənədlər:
- ƏRİZƏ
- Transkript (bütün semestrlər üzrə)
- CV (ingilis dilində)
- Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
- "Niyət məktubu (ingilis dilində)"
Müvafiq dil sertifikatı (IELTS, TOEFL, TÖMER və ya müvafiq fakültələrdə ingilis/türk dilində təhsil aldığını göstərən sənəd).
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində erasmus@unec.edu.az elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin adını qeyd etməyiniz xahiş olunur.