Non-Erasmus ikili əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul Haliç Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.
Proqram çərçivəsində UNEC tələbələri 2023/2024-cü tədris ilinin yaz semestrində Türkiyədə təhsillərini türk və ya ingilis dilində davam edəcəklər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.
Seçiləcək tələbə sayı: 10 nəfər
Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr
Müddət: 2023/2024-cü tədris ilinin yaz semestri
Əsas şərtlər:
- Tələbələrin orta balı (ÜÖMG) – 70-dən yuxarı olmalı;
- Türk və ya ingilis dilini sərbəst bilməli.
- Müvafiq dil sertifikatı
Tələb olunan sənədlər:
- Akademik transkript
- Dil biliyini təsdiq edən sənəd (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis və ya türk dilində təhsil aldığını göstərən sənəd).
- CV (ingilis dilində)
- Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)
Fakültələr haqqında məlumat (bakalavr):
https://halic.edu.tr/tr/akademik/fakulteler
Fakültələr haqqında məlumat (magistr):
https://halic.edu.tr/tr/akademik/enstituler/lisansustu-egitim-enstitusu
Son müraciət tarixi: 25 dekabr, 2023-cü il.
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «Haliç Universiteti» yazılmalıdır.