UNEC-in müəllimləri İtaliyanın Sapienza Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində mübadilədə iştirak edə bilərlər. Bütün xərclər Erasmus+ qrantı hesabına ödəniləcəkdir.
Müddət: 2024/2025-ci tədris ilinin payız semestri
Tələb olunan sənədlər:
- CV (ingilis dilində)
- Niyyət məktubu (ingilis dilində)
- Nəşrlərin siyahısı
- Sapienza Professorlarından biri tərəfindən imzalanmış dəvət məktubu.
Müraciət üçün son tarix: 5 aprel, 2024-cü il
Seçiləcək müəllim sayı: 2 nəfər (Qeyd: Seçimlər Sapienza universiteti tərəfindın aparılır)
Əlaqələndirici şəxs: Nərmin Əlizadə
Proqramla bağlı ətraflı məlumatı Beynəlxalq əlaqələr departamentindən əldə etmək mümkündür.
Telefon: +994 12 492 18 82
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanına təqdim olunmalıdır (Ayrı-ayrı pdf formasında göndərilən mücariətlər nəzərə alınmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində « Sapienza Universiteti (Teaching Staff) » yazmaq mütləqdir.
Proqram haqqında əlavə məlumatlar üçün keçid edin: