Non-Erasmus ikili əməkdaşlıq çərçivəsində Litvanın Mykolas Romeris Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.
Mübadilə proqram çərçivəsində UNEC tələbələri 2024/2025-ci tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.
Seçiləcək tələbə sayı: 2 nəfər
Təhsil pilləsi: bakalavriatura və magistratura üzrə təhsil alan tələbələr
Müddət: 2024/2025-ci tədris ilinin payız semestri
Əsas şərtlər:
- Tələbələrin orta balı (ÜÖMG) – 81-dən yuxarı olmalı;
- İngilis dilini sərbəst bilməli (B2);
- Müvafiq dil sertifikatı və ya arayış mütləqdir.
Tələb olunan sənədlər:
- Akademik transkript
- CV (ingilis dilində)
- Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)
- Niyyət məktubu (ingilis dilində)
Proqram haqqında məlumat: PDF
Son müraciət tarixi: 8 aprel, 2024-cü il.
Sənədlər göstərilən ardıcıllıqla bir PDF sənədi şəklində Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin « Mykolas Romeris Universiteti » yazılması şərtdir.