UNEC tələbələri ikitərəfli əməkdaşlıq çərçivəsində Almaniya, Fransa, Litva, Koreya və Rusiya universitetlərində 1 semestr müddətinə mübadilədə iştirak edə bilərlər.
Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1. Bakalavr və ya magistratura pilləsində təhsil almalı;
2. Minimum orta qiymət 75 (100 ballıq qiymətləndirmə sistemində) bal olmalı;
3. İngilis və ya Rus dilində əla qavrama, yazı və danışıq qabiliyyətinə sahib olmalıdırlar.
Tələb olunan sənədlər:
- Akademik transkript (ÜOMG göstərilməklə)
- Xarici pasportun surəti
- Tələbə bileti
- CV
Bakalavrlar üçün müraciət edə bilərlər:
Almaniya – Siegen Universiteti
Fransa – Montpellier Universiteti
Koreya- Woosong Universiteti Solbridge Beynəlxalq İqtisadiyyat Məktəbi
Rusiya- Plexanov İqtisadiyyat Universiteti
Magistratlər müraciət edə bilərlər:
Almaniya – Siegen Universiteti
Litva- Mykolas Romeris Universiteti
Müraciət üçün son tarix: 8 noyabr 2019-cu il.
Proqram haqqında daha ətraflı məlumatı Beynəlxalq əməkdaşlıq departamentindən əldə etmək olar.
Telefon: +994 12 492 60 45