UNEC Karyera Mərkəzinin və Nobel Energy şirkətlər qrupunun birgə təşkilatçılığı ilə təcrübə proqramı təşkil olunur.

Təcrübə proqramı mühasibatlıq şöbəsində keçiriləcək və tələbələrə mühasibat uçotunun əsaslarını öyrədəcək, həmçinin bu sahədə praktiki təcrübə əldə etmək imkanı verəcək. Bu sahədə çalışmağa həvəsli olan yeni məzunlar və ya sonuncu kurs tələbələri buyurub bizə müraciət edə bilərlər.

Əsas öhdəliklər:

  • Mühasibatlığın ilkin sənədlərinin yoxlanılmasına, müvafiq qovluqlara yerləşdirilməsinə köməklik göstərmək;
  • Vergi saytında “online” E-qaimələrin kəsilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsinə köməklik göstərmək;
  • Günlük sənədləşmə işlərinin aparılması; 
  • Mühasibatlıq ilə bağlı məlumatların SAP-a daxil edilməsi; 
  • Internet banking vasitəsilə ödəniş tapşırıqlarının hazırlanması.

Əsas tələblər:

  • İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
  • Yaxşı səviyyədə ingilis dili biliyi;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı;
  • Məsuliyyətli və diqqətli olması.

İş barədə məlumat:

  • İş saatları: bazar ertəsi - cümə (09:00-18:00);
    • Təcrübə müddəti - 3 ay.

Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi
Email- Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
Tel:1846 daxili 1132

TOP XƏBƏRLƏR