Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tələbələr üçün işə qəbul elan edir.
Aprel ayının 10-dan başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universiteti üzrə:
- rəqəmsal iqtisadiyyat
- iqtisadiyyatın dövlət tənzimlənməsi
- kommunikasiya sistemləri
- kompüter mühəndisliyi
- cihaz və nəzarət mühəndisliyi
- elektrik və elektronika mühəndisliyi
- radiotexnika və telekommunikasiya mühəndisliyi
- proseslərin avtomatlaşdırılması mühəndisliyi
- texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması
- texniki sistemlərdə informasiya və idarəetmə fakültələrinin tələbələri üçün telekommunikasiya sahəsinin tənzimləməsi, bu sahədə xidmət bazarlarına nəzarət iqtisadi təhlil və araşdırma funksional struktur bölmələrinə kiçik mütəxəssis və mütəxəssis vakansiyaları üzrə sənəd qəbulu elan edir.
İşə qəbul prosesi 2 mərhələdən ibarət olacaq:
- CV-lərin qəbulu və tələblərə uyğunluğun ilkin yoxlanılması;
- CV-ləri seçilmiş namizədlər 2 mərhələli imtahandan keçəcək:
- Test və keys əsaslı yazılı (maksimum 400 söz) tapşırıqlar;
- Üzbəüz müsahibə:
- Tanışlıq xarakterli suallar (İce Breaker)
- Texniki suallar (Technical)
- Səriştənin dəyərləndirilməsinə dair suallar (Competency-based)
İşə qəbulda iştirak etmək üçün namizədlərə olan tələblər:
- yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci, 2-ci kurs magistratura pilləsində yuxarıda göstərilmiş ixtisas istiqamətləri üzrə azərbaycan və ingilis dillərində təhsil almalı və ya son 3 il ərzində məzun olmalıdır.
- cari tədris ilinin yaz semestri üzrə, məzunlarda isə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır.
Sənəd qəbulu Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanı vasitəsilə may ayının 10-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Tələbələr üçün iş” qeyd etməklə) CV, şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.
Qeyd: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.
Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi
Tel:1846 daxili 1132