A

UNEC-də “Karyera həftəsi”nə start verilib.

“Karyera planlaşdırılması və inkişafı” kafedrası, Karyera Mərkəzi və “Karyera və İnkişaf” təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Karyera həftəsi”nin ilk günündə təlimçi Şəlalə Musayeva tərəfindən “Effektiv ünsiyyət və peşəkar davranış” mövzusunda praktiki və interaktiv təlim keçirilib.

Təlim zamanı tələbələr aktiv müzakirələrə cəlb olunaraq, real iş mühitindən nümunələr əsasında tapşırıqlar icra ediblər.

Təlimdə effektiv ünsiyyətin əsas prinsipləri, komandadaxili münasibətlər, iş mühitində etik davranış qaydaları və peşəkar imicin formalaşdırılması ilə bağlı mühüm məqamlara toxunulub. Həmçinin tələbələrə real karyera situasiyalarında düzgün davranış modelləri və uğurlu ünsiyyət strategiyaları izah edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay