A

“Yaşıl UNEC ili” çərçivəsində Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və THİK tərəfindən “Vətənimizi yaşıl rəngə bürüyək!” mövzusunda EKO İDEYA müsabiqəsi elan olunur.

Müsabiqənin məqsədi:

  • ətraf mühitin qorunması məqsədilə gənclərin ekoloji maarifləndirilməsi;
  • ekoloji tərbiyə və düşüncə vasitəsilə tələbələrin  ictimai fəallığının artırılması;
  • gənclərin təbiətin qorunmasına dair ekoideyalar formalaşdırmağa  təşviq edilməsi.

Təqdimatların qiymətləndiriməsində 3 meyar əsas götürüləcək:

  • ideyanın gerçəkləşdirilməsinin mümkünlüyü;
  • ideyanın orijinallığı;
  • ideyanın ekoloji mədəniyyətin formalaşmasına  təsiri.

Müsabiqənin mərhələləri:

  • I mərhələ - seçim mərhələsi (27.02.2024 – 07.03.2024 );
  • II mərhələ - EKO İDEYAnın təqdimatı (11.03.24-04.04.2024);
  • III mərhələ - qaliblərin müəyyənləşdirilməsi (05.04.2024).

Müsabiqənin şərtləri:

  • müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar;
  • EKO İDEYA azərbaycan dilində vord və ya Pover Point formatında  təqdim olunmalıdır;
  • titul vərəqində  mövzu, iştirakçının ad, soyad, atasının adı, fakültə, qrup elmi rəhbər göstərilməli;
  • tanıtım mətni 1 səhifədən çox olmamalı.

Müsabiqənin qalibləri:

I, II, III yerə layiq görülən tələbələrə  hədiyyələr təqdim ediləcək. Bütün iştirakçılar sertifikatlarla təltif olunacaqar.

Əlaqə: 0559382413
e-mail: Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

TOP XƏBƏRLƏR