"UNEC-ə dair" proqramının növbəti buraxılışı Biznes və Menecment fakültəsinin tələbəsi Rəhilə Abutalıbovanın təqdimatında efirə gedib.
Verilişin qonağı UNEC Biznes Məktəbinin dekan müavini Dünya Mustafayeva olub. O, efir zamanı şəxsi təcrübəsindən, fakültədə görülən işlərdən və tələbələrin inkişafı üçün yaradılmış imkanlardan bəhs edib. Sonda isə UNEC tələbələrinə dəyərli tövsiyələrini çatdırıb.