Radio UNEC-də efirə gedən “Tibb saatı” proqramının növbəti buraxılışı qrip və respirator infeksiyaların müalicəsinə həsr olunub.
Proqramda 3 nömrəli tələbə poliklinikasının terapevti Tamella Abdullayeva qrip və yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları, eləcə də onların müalicə üsulları barədə ətraflı məlumat verib. Həmçinin terapevt qrip və soyuqdəymə arasındakı əsas fərqlər haqqında da dinləyiciləri məlumatlandırıb.