Radio UNEC-in budəfəki qonağı tələbə rektor Şahin Həsənovoldu. Universitet tələbələrinin çoxsaylı istəkləri ilə baş tutan verilişdə müraciətlər, irad və təkliflər dinlənildi. Ş.Həsənov qış imtahan sessiyasında obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə görülən tədbirlərdən, bu sahədə universitetin mövqeyindən danışdı. Canlı efir vasitəsilə imtahanlarda yaranmış problemlərə, anlaşılmazlıqlara aydınlıq gətirildi. Suallar əsasən apellyasiya şikayətinin edilməsi qaydaları, onun nəticələri, əlavə balın verilməsi, qaynar xətt və qərargahların fəaliyyəti ilə bağlı oldu. Tələbə rektorun fəaliyyəti, icra etdiyi layihələr, gələcək planları, növbəti seçkilər, onun şərtləri barədə də suallar verildi, yeni təkliflər edildi.Səs-yazısı
[audio mp3="http://unec.edu.az/application/uploads/2017/01/Imtahan-sedaqet-sahin.mp3"][/audio]