UNEC-in 95 illiyinə həsr olunan silsilə tədbirlərlə əlaqədar Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) əməkdaşı və tələbələri Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyasında abituriyentlərlə görüş keçiriblər.
Görüşdə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tyutoru Aygün Məmmədova UNEC-in təhsil üstünlükləri barədə geniş təqdimatla çıxış edib. Həmin gimnaziyanın məzunları və hazırda ISE tələbələri olan Ziya Hüseynov, Rəsul Həsənov və Cəfər Musayev də abituriyentlərə tələbəliyin onlara qazandırdıqları üstünlükləri, xarici universitetlərlə mübadilə təcrübələrini abituriyentlərlə bölüşüblər.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.