Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov və “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Musa Musayev “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Sumqayıt şəhəri 10, 17, 15, 34, 38 və 14 nömrəli tam orta məktəblərin və İstedad liseyinin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Görüşdə şagirdlərə universitetin tarixi, missiyası, əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyəti və infrastrukturu, tədris olunan ixtisaslar, təhsilin idarəetmə sistemi, tədris prosesinin və imtahanların təşkili, xüsusi təqaüd, mübadilə, beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.
Sonda şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.